Kulinariya

"Pətək" lazanyası - FOTO

26 İyul 2016 07:00
24 Şərh     Baxış: 4 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "pətək" lazanyasının hazırlanma qaydasını təqdim edir

Tərkibi (6-8 pay): 

500 q qiymə (mal əti)
2 baş soğan 
4 diş sarımsaq 
1 yerkökü 
1 şirin bibər 
500 ml süd 
500 ml qırmızı şirin şərab
600 q öz şirəsində pomidor konservi 
50 q pendir 
350 q tubini pastası (qalın borucuqlar)
"İtalyan otları ilə Himalay duzu qarışığı" ədviyyatı (zövqə görə)
2-4 x.q. zeytun yağı 
duz
istiot

Soğan, sarımsaq və bibəri xırda doğrayın, yerkökünü sürtgəcin iri gözündən keçirin. Dərin tavada zeytun yağını qızdırıb tərəvəzi əlavə edərək yumşalınca bişirin. 
Qiyməni əlavə edib qarışdıraraq  rəngini dəyişənəcən bişirin. 
Südü əlavə edib orta itilikli odda qiymə ilə tərəvəz südü tam hopduranadək bişirin. 
Şərabı əlavə edib o da tam çəkilənədək bişirin. 
Pomidorları şirəsi ilə birlikdə blenderdən keçirib tavadakıların üzərinə tökün. Duz, istiot, ədviyyat qatıb 10-15 dəqiqə bişirin. 
Formanı yağlayın, sousu içinə tökün. 
Tubiniləri sousun içinə şaquli yerləşdirin, elə edin ki, sous tubinilərin içinə dolsun. 
Üzərinə sürtgəcdən keçirilmiş pendir səpin. 
180 dərəcə qızdırılmış sobada 50-60 dəqiqə bişirin.  

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.