Kulinariya

Moruqlu tort

28 İyun 2016 07:00
17 Şərh     Baxış: 8 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az moruqlu tortun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

xəmir: 

1 banka qatılaşdırılmış süd
2 yumurta
120 q un
1 x.q. qabartma tozu

qaymaqlı krem: 

220 q qaymaqlı pendir
220 q kəsmik 
750 ml 33%-li qaymaq 
80 q şəkər pudrası
2 ç.q. vanil cövhəri 

əlavə: 

1,5 st. moruq 
0,5 st. kokos yonqarı
4 x.q. mürəbbə

Sobanı 180 dərəcə qızdırın. 
Xəmir: Unla qabartma tozunu qarışdırın. Bir qabda qatılaşdırılmış südlə yumurtaları çalın. Un qatıb eynicinsli kütlə alınanadək qarışdırın. 
Perqamentin üzərində 23 sm dm-li dairə çəkin. Perqamenti tərs üzünə çevirib formanın içinə qoyun.  
Xəmirdən 1/4 stəkanını dairənin mərkəzinə tökün, sonra isə dairənin içiylə bir nazik yayın. Təxminən 5 dəqiqə bişirin. Ortası tam bişməlidir. 
Sobadan çıxaran kimi korju perqamentdən ayırın. Perqamentin üzərini salfetlə silin, yenə eyni qayda ilə xəmirdən içinə töküb bişirin. 4 korj alınmalıdır. 
Qaymaqlı krem: Soyudulmuş qaymağı çalın. Ayrı qabda şəkər pudrası, qaymaqlı pendir, ələkdən keçirilmiş kəsmik və vanili çalın.  Çalınmış qaymağı əlavə edib həcmi artınca çalın. Kremin 1 stəkanını ayırıb kənara qoyun (bəzək üçün).  
Kremdən bir qədər buludun içinə yayın. Birinci korju qoyub azca basın. Kremin 1/5-ni üzərinə çəkin. Sonra digər korju qoyub yenə krem çəkin. Korjlar və krem bitənədək prosesi təkrarlayın. Kənara ayırıb qoyduğunuz kremin 2/3-ni tortun üzərinə və kənarına çəkin. 
Konditer torbasına kremin qalanını doldurub tortun üzərini ulduz naxışıyla bəzəyin. 
Tortun kənarlarına kokos yonqarı çəkin. Tortun üzərinə moruq düzün. Moruqların boş olan hissələrini moruq mürəbbəsi ilə doldurun. Tortu bir gecə soyuducuda saxlayın. Doğrayarkən bıçağı qaynar suya salın, silib sonra tortu dilimləyin. 

Nuş olsun!

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.