Kulinariya

Toyuqla lazanya

25 İyun 2016 07:00
1 Şərh     Baxış: 5 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az toyuqla lazanyanın hazırlanma qaydasını təqdim edir

Tərkibi (8 pay): 

650 q toyuq filesi 
1 baş soğan 
12-15 lazanya yarpağı 
150 q motsarella
bitki yağı
oreqano, kəklikotu
duz
istiot
kərə yağı (formanı yağlamağa)

sous:
700 ml süd
100 q kərə yağı
100 q un
duz
istiot
muskat cevizi

Soğanı xırda doğrayın. 
Tavada bitki yağını qızdırın, soğanı qovurun. Toyuq qiyməsini əlavə edin. Yarımbişmiş hala gələnədək qovurun. Duz, istiot, oreqano və kəklikotu vurun. 
Sous: Tavada kərə yağını əridin, un səpib yüngül qızardın. Tədricən südü töküb qarışdırın ki, lopalar qalmasın. Qatılaşmağa başlayan kimi ocaqdan götürün. Duz-istiot vurun, muskat cevizi qatın. 

Lazanya yarpaqlarını duzlu suda 2 dəqiqə qaynadın.

Formanı kərə yağı ilə yağlayın. Dibinə bir qədər sous tökün. Üzərinə bir lay lazanya yarpaqları düzün. Bir qədər farş yayıb üzərinə sous gəzdirin. Yenidən lazanya yarpaqları, toyuq əti və sousu lay-lay, ərzaqlar bitənədək düzün.  
Üzərinə motsarellanı xırdalayıb səpin. 
190 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.