Kulinariya

Parçada bişirilmiş can əti - FOTO

23 İyun 2016 07:00
25 Şərh     Baxış: 6 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az parçada can ətinin bişirilmə qaydasını təqdim edir

Əti üzərinə duz və oreqano tökülmüş parçaya bükərək közdə bişirmək kiməsə gülməli görünə bilər. Amma adı "Lomo el tapo" olan bu xörəyi Kolumbiyada fikirləşib tapıblar. Heç də peşman deyillər. 

Tərkibi (1-2 pay):

350 q can əti 
2 fincan duz
1 x.q. qurudulmuş oreqano
təmiz pamboq parça
kulinar ipi 

Ətin üzərindəki pərdəni və piy qatını təmizləyin. 

Kvadrat formada olan təmiz pambıq parçanı (mətbəx dəsmalı da olar) soyuq suda isladın, azca sıxın. Masanın üzərinə sərin. Üzərinə duz səpib bərabər yayın (kənarlardan 2-2,5 sm saxlayın). 

Duzun üzərindən bərabər qaydada oreqano səpin. 

Əti köndələn qoyub şəkildəki kimi parçanı üzərinə bükün. 

Alınan rulonu konditer ipi ilə bağlayın (düyünlərin hamısı bir tərəfə düşsün). 

Kömür qrilində kömürləri yandırın. Parçaya bükdüyünüz əti düyünlər olan tərəfi yuxarı olmaqla kömürün üzərinə qoyun. 

(Qazla işləyən qrildə hazırlayacaqsınızsa, onu ən yüksək həddə qızdırın. Ət bişən zaman qril bağlı olmalıdır). 

Əti 9 dəqiqə bişirin. Sonra maşanın köməyilə çevirib o biri üzünü 8 dəqiqə bişirin. 

Kömürün içərisindən çıxarıb siniyə, yaxud metal qaba qoyun. 2 dəqiqə saxladıqdan sonra ipi kəsib əti çıxarın. 

Ətin üzərini qaba fırça ilə təmizləyib duzdan arındırın. Əti təmiz boşqaba qoyub 2-3 yerə bölün, süfrəyə verin. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.