Kulinariya

"Büllurda donmuş armud" piroqu - FOTO

21 İyun 2016 07:00
9 Şərh     Baxış: 5 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az qeyri-adi görünüşə malik piroqun hazırlanma qaydasını təqdim edir

Tərkibi (6-8 pay):

6 armud
1 portağal
1 limon 
300 q şəkər tozu
600 ml su (300+300)
350 q un 
0,5 ç.q. duz
150 q kərə yağı
3 yumurta
1 ç.q. qabartma tozu
0,5 x.q. alma sirkəsi 
1 paket jelatin 
75 ml qaymaq 

Öncə armudlar üçün marinad hazırlamaq lazımdır. Portağalın şirəsini, limonun sedrasını çıxarın. Qarışdırıb, 200 q şəkər tozu əlavə edin, 300 ml qaynar su töküb şəkər tozu tam əriyincə qarışdırın. Sonra 300 ml soyuq su əlavə edin. 
Marinadı ocağın üstünə qoyun. Qaynara düşəndə armudları içinə yerləşdirin. Çalışın, armudlar aşmasın. Ocağı azaldıb armudları 5-10 dəqiqə, yumşalınca bişirin. Kəfkirlə çıxarıb ayrı qaba yığın. Armudun içində bişdiyi şərbəti süzüb bir kənara qoyun. Sonda lazım olacaq. 
Xəmir: duz, qabartma tozu və 300 q unu qarışdırın. Kərə yağı ilə unu ovun. 
Ayrı qabda 1 yumurtanı çəngəllə çalın. Sirkə və 5 x.q. soyuq su əlavə edin. Vanil də qata bilərsiniz.
Yumurta qarışığını una əlavə edin, elastik xəmir yoğurun. Üzərinə qida plyonkası çəkib soyuducuda 15 dəqiqə saxlayın. 
Xəmiri diametri 26 sm olan formaya yayıb kənarlarını qaldırın. Yenidən 15 dəqiqə soyuducuda saxlayın. 
Xəmirin üzərinə folqa, yaxud perqament çəkib üstünə yük qismində quru lobya, noxud, yaxud buğda səpin.  Azca əlinizlə basın. 200 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. Sonra üzərindən yükü götürüb temperaturu 180 dərəcəyədək azaldaraq daha 5 dəqiqə bişirin. 
Krem:  2 x.q. unla 2 x.q. şəkər tozunu qarışdırın. Tədricən 125 ml armud şərbətini əlavə edərək mikserlə çalın. Ayrı qabda 2 yumurtanı qaymaqla çalın, birinci qarışığa əlavə edin. Yaxşıca qarışdırın. O, duru alınacaq, bişəndə isə qatılaşacaq. 
Armudların aşağısını azca kəsib hamarlayın ki, formaya qoyanda aşmasın. Piroq əsasının üzərinə düzün. Kremi tökün. 
180 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin. Krem qatılaşmalıdır. Piroqu tam soyudun. 
İndi isə "büllur"u hazırlamaq lazımdır. Bunun üçün armud şərbətinin qalanına əvvəlcədən isladılmış jelatini əlavə edin (jelatini islatmaq qaydası qablaşdırmanın üzərində göstərilir), ocağın üstünə qoyun. Qaynara düşəndə götürün (qaynatmaq olmaz).
Jelatinli kütləni kremin üstünə səliqəylə tökün. Piroqu soyuducuya qoyun (bir gecə saxlasanız, lap əla olar).

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.