Kulinariya

"Tiramisu" keksləri

26 May 2016 07:00
34 Şərh     Baxış: 5 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Tiramisu" kekslərinin hazırlanma qaydasını təqdim edir

Tərkibi (12 ədəd):

xəmir:

200 q şəkər tozu
165 q otaq temperaturunda kərə yağı
4 yumurta
260 q un
1 ç.q. qabartma tozu
4 x.q. qaynar su ilə qarışdırılmış 2 x.q. üyüdülmüş qəhvə 
80 q rikotta 
1 ç.q. vanil cövhəri 

krem:

500 q maskarpone
100 q 33%-li qaymaq 
4 x.q. şəkər pudrası
1 x.q. qəhvə likörü

şərbət: 

250 q şəkər tozu 
160 ml su
2 x.q. üyüdülmüş qəhvə 

Sobanı 180 dərəcə qızdırın. Formaların içinə kağız içliklər qoyun. 
Şəkər tozunu kərə yağı ilə həcmi artanadək çalın. Aşağı sürətlə çalmağa davam edərək bir-bir iki yumurta, sonra qabartma tozu ilə qarışdırılmış 130 q un, üzərinə 4  x.q. qaynar su tökülmüş 2 x.q. qəhvə əlavə edin. Sonra daha 2 yumurta, 130 q un, vanil qatıb çalın, sonda rikottanı əlavə edin. 

Dondurma üçün qaşıqla xəmirdən götürüb formaların içindəki kağızların üzərinə qoyun (2/3-si qədər). 45 dəqiqə sobada bişirin. Bişib-bişmədiyini taxta çöplə yoxlayın.  Soyudun.  

Kekslər soyuyanadək krem və şərbəti hazırlayın. Şərbət: şəkər tozunu su və qəhvə ilə qarışdırın, ocağın üstünə qoyun, qaynara düşəndən sonra 3 dəqiqə qaynadın. Otaq temperaturunadək soyudun. 

Krem: qaymaq və maskarponeni şəkər pudrası ilə çalın, likör əlavə edin.

Kekslərin yuxarı hissəsini kəsin, hər iki yarısına şərbət hopdurun. Kremi konditer şprisinə yığıb əvvəlcə altdakı yarının üzərinə krem sıxın, sonra üst qatı qoyub üzərini bəzəyin. 
Üzərinə kakao səpə bilərsiniz.

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.