Kulinariya

Lavaşla piroq

6 May 2016 07:00
13 Şərh     Baxış: 6 292
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az lavaşla piroqun hazırlanma qaydasını təqdim edir

Tərkibi (4 pay): 

3-4 nazik lavaş
50 q kərə yağı

iç: 

150 q kəsmik
150 q brınza
2 yumurta
duz
istiot
1 dəstə şüyüd

Brınzanı sürtgəcdən keçirin. Şüyüdü xırda doğrayın. İç üçün olan ərzağı birlikdə qarışdırın. 
Lavaşları yanaşı düzün. İçi üzərlərinə bərabər yayın. Hər bir lavaşı rület kimi bükün. Hər ruleti 3-4 sm enində doğrayın. 
Formanın içinə perqament döşəyin. Doğradığınız dilimləri kəsiyi yuxarı olmaqla formanın içində yanaşı düzün. 
Kərə yağını doğrayıb üzərinə düzün. 
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. 

Nuş olsun! 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.