Kulinariya

Qabaqla toyuq kababı - FOTO

2 May 2016 07:00
6 Şərh     Baxış: 4 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az qabaqla toyuq kababının hazırlanma qaydasını təqdim edir

Tərkibi (4 pay): 

500 q toyuq fiflesi
1-2 təzə qabaq 
bitki yağı

marinad:

1 x.q. bitki yağı
1 x.q. soya sousu
1 ç.q. alma, yaxud  üzüm sirkəsi (limon şirəsi də olar)
1 diş sarımsaq 
0,5 ç. q. bal
ədviyyat (kəklikotu, oreqano, qara küncüt)
duz
istiot

Toyuq filesini orta boy tikələrə doğrayın. 
Qaba yığıb marinad üçün ərzağı üzərinə tökün, qarışdırıb 20-30 dəqiqə saxlayın. Bir neçə saat da saxlamaq olar, o zaman soyuducuya qoyun. 
Qabaqları tərəvəz bıçağı ilə napnazik uzun dilimlərə doğrayın. 
Duzlayıb 10 dəqiqə saxlayın. 
Taxta şişlərə növbə ilə rulet kimi bükülmüş qabaqlarla toyuq tikələrini düzün. 
Bitki yağını tavada qızdırın. 
Şişləri içinə düzüb orta itilikli odda hər üzünü təxminən 4-5 dəqiqə bişirin.

Nuş olsun!

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.