Kulinariya

Ağ lobya ilə yerkökü şorbası

28 Aprel 2016 07:00
0 Şərh     Baxış: 4 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az ağ lobya ilə yerkökü şorbasının hazırlanma qaydasını təqdim edir 

Tərkibi (6 pay): 

500 q yerkökü
2 diş sarımsaq 
1 x.q. zeytun yağı
1 x.q. zaatar ədviyyatı*
400 q bişmiş ağ lobya
3 x.q. tomat pastası
1 x.q. limon şirəsi 
2 x.q. dəniz duzu
qara istiot
1 ç.q. sarıkök
5 st. su

Sobanı 200 dərəcə qızdırın. 

Yerkökü ilə qabıqlı sarımsağı zaatar ədviyyatı və yağla qarışdırıb sobada 40 dəqiqə, yumşalınca bişirin. 
Sarımsağı təmizləyin, yerkökü və bişmiş ağ lobya ilə birlikdə püre halına salın. Tomat pastası, duz, istiot, sarıkök, su qatıb qaynadın. 

Boşqablara çəkib limon şirəsi və zaatar ədviyyatı qatın. 

* Zaatar ədviyyatı
Bu ədviyyat qarışığı  Yaxın Şərq və Misirdə məşhurdur. Onu salatlara, süd məhsullarına, ət, balıq yeməklərinə qatırlar. 

Tərkibi: 

1/4 st. sumax
2 x.q. kəklikotu
1 x.q. qovrulmuş küncüt toxumu
2 x.q. mərzə (mayoran)
2 x.q. oreqano
1 ç.q. iri duz

Küncüt toxumunu mətbəx kombaynı, yaxud həvəngdəstədə xırdalayın. Digər ədviyyatı qatıb qarışdırın. Ağzı kip bağlanan qabda qaranlıq, soyuq yerdə saxlayın. Göstərilən şəraitdə zaatarı 3-6 ay saxlamaq olur. 

Nuş olsun! 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.