Kulinariya

"Bəbir" keks

7 Fevral 2016 07:00
5 Şərh     Baxış: 6 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az içi yumşaq şokoladlı kekslərin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

1,5 fincan un 
1/2 st. şəkər tozu
1,5 paket qabartma tozu
3/4 st. xama
1/2 ç.q. duz
1/4 st. süd
2 yumurta
2 ç.q. vanilli şəkər tozu
1/4 st. əridilmiş kərə yağı
200 q xırda şokolad (damla)

Un, duz, şəkər tozu və qabartma tozunu qarışdırın.  
Başqa qabda xama, süd, yumurta və vanili qarışdırın.  Ərinmiş yağı əlavə edin. Qarışdırıb un qarışığını əlavə edin. 
Şokoladı (bütövdürsə, bıçaqla doğrayın) əlavə edib qarışdırın. 
Formalara paylayın. 
190 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın. 

Nuş olsun! 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.