Kulinariya

Badam və kişmişlə alma ştrudeli

10 Fevral 2016 07:00
0 Şərh     Baxış: 4 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az badam və kişmişlə alma ştrudelinin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

270 q un 
70 q suxarı
100 q xırdalanmış badam
50 ml limon şirəsi
1 çimdik duz
2 ç.q. üyüdülmüş darçın
50 ml bitki yağı
120 q kərə yağı
80 q kişmiş
8 iri alma
3 x.q. şəkər tozu
40 q şəkər pudrası
125 ml su

Ləyəndə ələnmiş un, duz, bitki yağı və suyu qarışdırın. Elastik xəmir yoğurun. Ən azı 10 dəqiqə yoğurun ki, yaymaq asan olsun. 
Xəmirin üzərinə bir az əridilmiş kərə yağı çəkin, qida plyonkasına büküb bir kənarda 30-50 dəqiqə saxlayın. 

İç: Suxarıları xırdalayıb kərə yağıyla yağlanmış tavada azca qovurun. 
Kişmişi 5 dəqiqə qaynar suda saxlayıb sonra suyunu süzün. Almaların cecəsini çıxarın, kubik doğrayın, darçın, limon şirəsi, kişmiş, badam və şəkərlə qarışdırın. 
Masanın üzərinə un səpib xəmiri yayın. Sonra masaya yağ çəkin, yaydığınız xəmiri üzərinə qoyub dartıb böyütməyə başlayın. 
Bu zaman çalışın, xəmir cırılmasın. 3 dəqiqə sonra xəmir kifayət qədər nazik görünəcək. Ancaq bu kifayət deyil. Xəmiri o qədər dartmaq lazımdır ki, onun bir üzündən baxanda arxasına tutulmuş vərəqdəki hərflər, yaxud dəsmalın naxışları görünsün. 
Xəmiri yaxşı olar ki, ya dəsmalın, ya da perqamentin üzərinə sərəsiniz.
Hazır yayılmış xəmirin üzərinə əridilmiş kərə yağı çəkin. Qısa tərəfdən (uzunasına olandan) 15, uzun tərəfdən (eninə olan) 5 sm saxlayıb, qalan yerinə suxarı səpin. 
Suxarının üzərinə içi qoyub səliqə ilə rulet kimi bükün. Xəmir nazik olduğundan cırıla bilər, diqqətli olun. 
Hər dəfə qatladıqca xəmirin arasına kərə yağı çəkin. Ortasına kimi bükdükdən sonra kənarlarını içinə qatlayıb bükməyə davam edin. 
Sonda ştrudelin üzərinə kərə yağı çəkin. 
Sobanı 180 dərəcə qızdırın. Ştrudeli altındakı dəsmal (yaxud perqament) ilə birlikdə sininin içinə qoyun. "Tikişi" üzüaşağı olmaqla sininin içinə çevirin və dəsmalı (perqamenti) götürün. 40-45 dəqiqə bişirin. Arada üzərinə kərə yağı çəkin. 
Bişib qurtardıqdan sonra da üzərinə kərə yağı çəkib şəkər pudrası səpin.

Nuş olsun! 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.