Kulinariya

Göbələklə kələm dolması

13 Fevral 2016 07:00
0 Şərh     Baxış: 5 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az göbələklə kələm dolmasının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

ağ kələm
2 x.q. bitki yağı
500 q göbələk
2 x.q. tomat pastası
0,5 st. bişmiş düyü 
duz
istiot

Kələm yarpaqlarını qaynayan suda 2-3 dəqiqə bişirin, sudan çıxarıb aşsüzənə yığın. 
Düyünü bişirin, amma xəşil olmasın. Göbələyi təmizləyib bir buğum qaynadın,  doğrayın, düyü, duz-istiot, tomat pastası, bitki yağı əlavə edib qarışdırın.  Kələmlərin içini doldurub dolma kimi bükün. Əvvəlcə yağda qızardın. Sonra dərin soba qabına yığın. Tomat pastasını su və bitki yağı ilə qarışdırıb üzərinə gəzdirin. (Su əvəzinə bulyon da götürə bilərsiniz). Sobada hazır olanadək bişirin. 
Süfrəyə bişmiş kartof və xiyar salatı ilə verə bilərsiniz. 

Nuş olsun!

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.