Kulinariya

Yerkökü şorbası

11 Fevral 2016 07:00
1 Şərh     Baxış: 4 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az yerkökü şorbasının hazırlanma qaydasını təqdim edir

Tərkibi (2-3 pay): 

3 iri yerkökü
1 pomidor
1 soğan 
4 diş sarımsaq 
1,5 ç.q. karri
reyhan qurusu (başqa göyərti də olar)
1 ç.q. sürtgəcdən keçirilmiş zəncəfil
1/2 limonun şirəsi 
1,5-2 st. qaynar su
duz
istiot

əlavə: 
keçi pendiri (zövqə görə)
göyərti 

Yerkökünü fal-fal doğrayın, pomidor və soğanı dörd yerə bölün. 
Bunları siniyə yığın, təmizlənmiş sarımsağı da qoyun, üzərinə azca zeytun yağı çəkin. Karri və reyhan qurusu səpin. 
180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin (yerkökü yumşalanacan). 
Bunları blenderə qoyun, 2 st.  qaynar su, yarım limonun şirəsini, sürtgəcdən keçirilmiş zəncəfil, 1 ç.q. karri, duz, istiot əlavə edib xırdalayın. 
Zövqə görə keçi pendiri və təzə göyərti əlavə edə bilərsiniz. Soyuqdəyməsi olanlar üçün əla şorbadır! 

Nuş olsun!

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.