Kulinariya

Giləmeyvə piroqu - FOTO

26 Noyabr 2015 07:00
3 Şərh     Baxış: 6 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Aliyənin kulinariya kitabı"na istinadən giləmeyvə piroqunun hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

xəmir: 

110 q şəkər tozu
2 yumurta
380 q un 
200 q kərə yağı

iç: 

120-160 q şəkər tozu
800 q giləmeyvə (təzə, yaxud dondurulmuş)
2 alma
3 x.q. nişasta

üzərinə: 

20 q kərə yağı

Giləmeyvəni yuyun, iri dənəlidirsə, dənəsini çıxarın. 2 yerə bölün. Bir hissəni qazana töküb şirəsi quruyanadək bişirin. 

Xəmir: kərə yağını xırda doğrayıb unla ovun. Şəkər tozu əlavə edin. Vanil də qatmaq olar. Qarışdırıb yumurta vurun, xəmir yoğurun. 

Soyuducuda 30 dəqiqə saxlayın. 

Almanı sürtgəcin xırda gözündən keçirin, sıxın. Bişirdiyiniz və bişirmədiyiniz giləmeyvəni, almanı qarışdırın, nişasta əlavə edin. Əgər qarışıq durudursa, niqastanın qədərini artırın. Şəkər tozu əlavə edin. Əgər giləmeyvə çox turşdursa, 160, şirindirsə - 120 q şəkər tozu götürün. Qarışdırın. 

Kənarı açılan 24 sm-lik formanın içinə perqament döşəyin. 

Xəmiri iki bərabər olmayan hissəyə bölün. Böyük hissəni təxminən 30 sm diametrdə yayın. Formanın içinə döşəyin, kənarlarını qaldırın. İçi töküb yayın. 

Xəmirin qalanını 25-26 sm ölçüdə yayın. Forma ilə fiqurlar kəsin. 

Xəmiri oxlovun köməyilə piroqun üzərinə çəkin. Kənarlarını bitişdirin, fiqurları üzərinə düzün.

Üzərinə yumurta ağı çəkin. Kəsdiyiniz fiqurların yerinə kərə yağı qoyun (bu, bişən zaman için yayılmaması üçündür). 

180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə, üzəri qızaranadək bişirin. 

Formanı sobadan çıxarın, iti bıçaqla kənarlarından keçin, qırağını açın. 

Otaq temperaturunda soyuyandan sonra bir qədər soyuducuda saxlayın. 

Nuş olsun! 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.