Kulinariya

Portağallı kətə - FOTO

24 Noyabr 2015 07:00
86 Şərh     Baxış: 9 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az portağallı peçenyenin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

3 x.q. xama
3 x.q. bitki yağı
50 q kərə yağı
225 q şəkər tozu
1 yumurta
250 q un 
1 ç.q. qabartma tozu
1 portağal 
1 x.q. nişasta

Yumurtanı çəngəllə çalın, 5 x.q. şəkər tozu əlavə edib yenə çalın. Bitki və kərə yağı, xama, un və qabartma tozu əlavə edin. 

Elastik xəmir yoğurun. 4 yerə bölün. Üzərinə plyonka çəkib soyuducuda saxlayın. 

Portağalı yuyub qurudun, ət maşınından keçirin. 100 q şəkər tozu və nişasta ilə qarışdırın. Tavaya töküb qatılaşanacan bişirin (təxminən 1-2 dəqiqə). Soyudun. 

Soyuducudakı xəmirin birini çıxarıb yayın, için 1/4-ni üzərinə çəkin, rület kimi bükün. 

İti bıçaqla 3-4 sm ölçüdə doğrayın. Xəmirin qalanını da bu qayda ilə hazırlayın. 

180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. 

Nuş olsun! 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.