Kulinariya

Göbələk və pendirlə açıq piroq - FOTO

14 Oktyabr 2015 07:00
4 Şərh     Baxış: 2 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az göbələk və pendirlə çox asan piroqun hazırlanma qaydasını təqdim edir

Tərkibi (6 pay): 

250 q hazır qat-qat yağlı xəmir
100 q göbələk
1 balaca baş soğan 
3 x.q. yağlı qaymaq
100 q bərk pendir
1/3 ç.q. kəklikotu qurusu
1/3 ç.q. qara istiot
0.5 ç.q. duz

Sobanı 180 dərəcə qızdırın. Xəmiri 3-4 mm qalınlıqda düzbucaqlı şəklində yayın. Çəngəllə deşin. 
Göbələyi yuyun. Xırdalarına dəyməyin, böyüklərini ortadan bölün. Soğanı nazik yarımhalqa doğrayın. 
Xama, sürtgəcdən keçirilmiş pendir, kəklikotu, duz, istiotla qarışdırın. Xəmirin kənarlarından 2-3 sm saxlamaqla içinə bu qarışığı qoyub yayın. Xəmirin kənarlarını qatlayın, üzərinə yağ, yaxud qaymaq çəkin.

180 dərəcə qızdırılmış sobada 30 dəqiqə, xəmir qızaranadək bişirin. 
Piroqu azca soyudun, 6 yerə bölüb süfrəyə verin. 

Nuş olsun! 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.