Kulinariya

Boranı şəkərləməsi - FOTO

13 Oktyabr 2015 07:00
2 Şərh     Baxış: 4 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az boranı şəkərləməsinin (sukat) hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

800 q boranı
1 portağal 
500 q şəkər tozu
1 darçın çubuğu
0,5 st. su

Boranının tumunu, saplarını təmizləyin, qabığını soyun. Orta ölçüdə kublara doğrayıb dərin qaba yığın. 
Üzərinə şəkər tozu səpib bir gecə soyuducuda saxlayın. 
Gecə ərzində şəkər tozu boranının şirəsində tam əriyəcək. 
Portağalı yaxşıca yuyub qurulayın, dilimləyib dənələrini çıxarın. Blenderə yığın. 
Eynicinsli kütlə alınanadək blenderin yüksək sürətində xırdalayın. 
Qazana boranı şirəsini süzün, 0,5 st. su, portağal püresi və darçın çubuğunu əlavə edin, ocağın üstünə qoyun. 
Qaynara düşəndə boranı dilimlərini əlavə edin. Səliqə ilə qarışdırın, qaynayandan sonra vam odda 5 dəqiqə bişirin. Ocaqdan götürün. Tam soyudun. 
Bu proseduru 3 dəfə təkrarlayın - qaynara düşəndən sonra 5 dəqiqə bişirib ocaqdan götürün, tam soyudun. 
Sonra boranı dilimlərini perqamentin üzərinə düzün. 130 dərəcə qızdırılmış sobada 40-60 dəqiqə qurudun. 
Sonra bol-bol şəkər pudrası səpin. Hər tərəfini şəkər pudrasına batırın. Bankalara yığıb otaq temperaturunda saxlayın. 
Qazanda qalan boranılı-portağallı cemi piroq, bulka və s. üçün istifadə edə bilərsiniz. 

Nuş olsun! 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.