Kulinariya

Qaymaqlı sousda balıq küftələri - FOTO

12 Oktyabr 2015 07:00
4 Şərh     Baxış: 2 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az qaymaqlı sousda balıq küftələrinin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

250 q balıq qiyməsi
1 baş soğan 
3-4 x.q. narın suxarı
300 ml 30%-li qaymaq 
50-100 q pendir
brokkoli (zövqə görə)
duz
ağ istiot 

Qiyməyə ət maşınından keçirilmiş, yaxud xırda doğranmış baş soğan, narın suxarı, duz-istiot qatıb yoğurun. Lazım gələrsə, suxarının qədərini artırın.  Küftə tutun.
Brokkolini budaqlarına ayırın. 
Küftələri xırda formalara, yaxud bir iri siniyə düzün, 200 dərəcə qızdırılmış sobada 5 dəqiqə bişirin. 

Sous: kasada qaymaq, sürtgəcdən keçirilmiş pendir, duz-istiotu qarışdırın. 

Formaları (yaxud formanı) sobadan çıxarın, küftələrin arasına brokkoli düzün. 
Üzərinə sousu töküb 180-190 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. 

Nuş olsun! 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.