Kulinariya

Gavalı piroqu

24 Avqust 2015 07:00
20 Şərh     Baxış: 4 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az gavalı piroqunun hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

150 q un 
130 q şəkər tozu
100 q kərə yağı
1 yumurta
6 x.q. süd
10 gavalı
0,5 ç.q. vanil cövhəri
1 ç.q. qabartma tozu
0,5 ç.q. darçın
1 çimdik duz

Unu qabartma tozu və duzla ələyin. 
Blenderin qabına un, 2 x.q. şəkər tozu, yağın yarısını (kubik doğrayın) qoyub ovuntuq halına gələnədək qarışdırın. 

Yumurta, vanil cövhəri və südü qarışdırın. Un ovuntuğunu əlavə edib qaşıqla qarışdırın. Qatı, eynicinsli olmayan kütlə alınacaq. Onu formaya tökün. 
Gavalıları 4 yerə bölüb kəsiyi üzüaşağı olmaqla xəmirin üzərinə düzün. Azca üstündən basın. Şəkər tozunun qalanını darçınla qarışdırın, gavalıların üzərinə səpin. Kərə yağının qalanını əridib piroqun üzərinə gəzdirin. 
Piroqu 170 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. 

Nuş olsun! 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.