Kulinariya

Tomatda lobya

23 Avqust 2015 07:00
3 Şərh     Baxış: 3 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az tomatda lobyanın hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

1 kq ağ lobya
4 kq pomidor 
1 kq soğan 
350 ml bitki yağı
350 q şəkər tozu
3 x.q. duz
1 acı istiot 
1 baş sarımsaq

Lobyanı 1 sutka otaq temperaturunda suda isladın.
Pomidoru ət maşınından keçirin. 
Soğanı yarımhalqa doğrayın. 
Acı istiotu ət maşınından keçirin. 
Sarımsağı təmizləyib əzin. 

Lobya və acı istiotdan başqa, digər ərzağı 40 dəqiqə bişirin. Sonra lobyanı əlavə edib hazır olunca bişirin. Sona yaxın acı istiotu əlavə edin. 
Bankalara yığın. Sterilizə edin (qaynara düşəndən 15 dəqiqə sonra çıxarıb bağlaya bilərsiniz). 

Nuş olsun! 

Resept: vk.com/vtarelke

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.