Kulinariya

"Qırmızı kvartet" salatı

22 Avqust 2015 07:00
10 Şərh     Baxış: 3 379
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Qırmızı kvartet" salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

20 ədəd çerri pomidoru
1 iri qırmızı bibər 
1 nar 
1 qırmızı soğan
keşniş

(bu salata feta, yaxud brınza əlavə edə bilərsiniz) 

sous: 
zeytun yağı
üzüm sirkəsi və ya limon şirəsi 
qara istiot 
duz 
dənəvər xardal (zövqə görə)

Bibəri sobada üzəri qaralanadək bişirin, sonra qabığını təmizləyin. 
Kubik, yaxud saman kimi doğrayın. 
Soğanı yarımhalqa doğrayın. 
Pomidorları ortadan bölün. 
Keşnişi xırda doğrayın. 
Narı dənələyin. 
Bütün ərzağı bir qaba yığın. Sous üçün olan ərzağı qarışdırıb salatın üzərinə gəzdirin, qarışdırın. 
15 dəqiqə saxlayın. 
Zövqə görə pendir də əlavə edə bilərsiniz. O zaman pendiri də kubik doğrayın. 

Nuş olsun! 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.