Kulinariya

"Baunti" ruleti

19 Avqust 2015 07:00
6 Şərh     Baxış: 8 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Baunti" ruletinin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

200 q peçenye
20 q şəkər tozu
2 x.q. kakao 
100 ml su
80 q kokos yonqarı 
80 q kərə yağı
60 q şəkər pudrası

Peçenyeni xırdalayın, kakao əlavə edib qarışdırın. Şəkər tozunu qaynar suda əridib peçenye ovuntuğunu qarışdıraraq tədricən əlavə edin. Orta bərklikdə kütlə alınacaq.  
Kərə yağını şəkər pudrası ilə çalın, kokos yonqarını əlavə edib qarışdırın. Qida plyonkasının üzərinə peçenyeli kütləni qoyun, hamarlayın, üzərinə kokoslu kremi çəkin. Rulet kimi bükün. Dondurucuda 1 saat saxlayın. 
Süfrəyə verərkən iti bıçaqla doğrayın. 

Nuş olsun! 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.