Kulinariya

Zərif şarlotka - FOTO

16 Avqust 2015 07:00
3 Şərh     Baxış: 2 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az hazır baton və almadan zərif şarlotkanın hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

1 ağ boyat baton
4 turşaşirin alma
3 yumurta
400 ml süd
6 x.q. şəkər tozu
0,5 ç.q. darçın
50 q kərə yağı

Yumurtaların ağını sarısından ayırın. 
Yumurta ağlarını möhkəm çalın. 
Yumurta sarılarını süd, şəkər tozu və darçınla çalın. Çalınmış yumurta ağlarını əlavə edib, qarışdırın. 
Çörəyi nazik dilimləyin. Almaları yuyub cecəsini çıxarın, onları da dilimləyin (fal-fal). 
Formanı yağlayın, yumurta qarışığından bir qədər içinə tökün. 
Sonra alma ilə çörək dilimlərini növbələyərək düzün (qab tam dolmalıdır). 
Yumurta qarışığının qalanını üzərinə tökün. 10 dəqiqə saxlayın. 
180-200 dərəcədə 45 dəqiqə bişirin. Hazır olandan 10 dəqiqə qabaq üzərinə kərə yağı dilimləri qoyun. 

Nuş olsun! 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.