Kulinariya

"Gertruda" salatı - FOTO

6 Avqust 2015 07:00
0 Şərh     Baxış: 4 184
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az delishis-ə istinadən "Gertruda" salatının hazırlanma qaydasını təqdim edir 

Tərkibi: 

1 ədəd kərəviz kökü

150 q toyuq filesi 

0.5 limon

1-2 diş sarımsaq

ananas konservi

duz

istiot

mayonez

Kərəviz kökünü soyun, sürtgəcin xırda gözündən (yaxud koreya üsulu yerkökü üçün olan sürtgəcdən) keçirin. Üzərinə limonun yarısının şirəsini gəzdirib qarışdırın. 

Toyuq ətini suda bişirib soyudun, doğrayın, yaxud didin. 

Ananası kubik doğrayın.

Sarımsağı əzib mayonezlə qarışdırın. Duz-istiot vurun. 

Bütün ərzağı qarışdırıb salat qabına yığın.

Nuş olsun!  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.