Kulinariya

İkirəngli qaspaço - FOTO

5 Avqust 2015 07:00
2 Şərh     Baxış: 2 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az hulinar-a istinadən ikirəngli qaspaçonun hazırlanma qaydasını təqdim edir

İspan mətbəxinə məxsus qaspaçonu müxtəlif respetlərlə hazırlamaq mümkün olduğu kimi, onu müxtəlif cür servis də etmək olar. Variantlardan birini nəzərinizə çatdırırıq.

Tərkibi: 

7-8 pomidor

2 şirin bibər

1-3 acı istiot (acılıq dərəcəsinə görə)

3 xiyar

kərəviz

2 qırmızı soğan

2.5 diş sarımsaq

1 dilim çörək

üzüm sirkəsi

zeytun yağı

krevetka (əvəzləmək olar)

tabasko sousu (onsuz da olar)

cəfəri

şüyüd

dəniz duzu

Çörəyin qabığını kəsin, içinin üstünə yarım stəkan su tökün, əzib sıyıq halına salın. İri dəniz duzunu yarım diş sarımsaqla birlikdə həvəngdəstədə əzib çörəyə qatın. 100 ml zeytun yağı qatıb qarışdırın, soyuq yerə qoyun. 

Soğanı xırda doğrayın, üzərinə üzüm sirkəsi töküb onu da soyuducuya qoyun.

Ərzağı yaşıl və qırmızı olmaqla iki yerə ayırın. 

Yaşıl ərzağı, o cümlədən göyərtini də, blenderdən keçirin, bir qaba yığın, soyuducuya qoyun.

Pomidorun qabığını soyun, blenderdən keçirin. 1 ç.q. şəkər tozu əlavə edə bilərsiniz. Çili istiotu ilə sirkədə islatdığınız soğanı da əlavə edib blenderdə çəkin (sirkəni süzmək lazım deyil).  

Çörək "sıyığı"nı 2 yerə bölün: yaşıl və qırmızı şorbalar üçün, yəni yarısını yaşıl qarışığa, yarısını da qırmızı qarışığa əlavə edin, yenidən soyuducuya qoyun.  

Tavada yağı qızdırın. 1-2 diş sarımsağı əzib əlavə edin. Krevetkaları bu yağda 1-1,5 dəqiqə o üz-bu üz qızardın. 

Əgər şorbalar yaxşı soyumayıbsa, blenderdə ayrı-ayrı içinə buz qataraq çəkə bilərsiniz. 

Boşqabın ortasına şaquli kağız qoyun, hər tərəfinə bir rəng şorba tökün. Üzərinə krevetkaları düzün, reyhanla bəzəyin. 

Nuş olsun! 

* Qaspaçonun tarixindən haşiyə: "Deyilənə görə, qaspaço əvvəllər qatırçıların yeməyi olub. Onlar özləri ilə yola saxsı küp, sarımsaq, yağ, xiyar, pomidor və suxarı götürürdülər. Sarımsağı daşla əzir, onu 1 çimdik duz və yağla qarışdırır və küpün iç divarına çəkirdilər. Sonra xiyar-pomidoru içinə doğrayır, çörək qırıntıları, həvəngdə döyülmüş suxarı və yağla qarışdırırdılar.  Sonra küpəni yaş köynəyə büküb günəşin altına qoyurdular. Köynək quruyanda qaspaço hazır hesab olunurdu".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.