Kulinariya

Bişmiş qatılaşdırılmış südlə sadə piroq - FOTO

2 Avqust 2015 07:00
10 Şərh     Baxış: 22 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bişmiş qatılaşdırılmış südlə sadə piroqun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1 st. un 

50 q şəkər tozu

100 ml süd

4 yumurta 

1 banka bişmiş qatılaşdırılmış süd

2 ç.q. qabartma tozu 

50 q kişmiş

1 st. qoz ləpəsi 

Bişmiş qatılaşdırılmış südün 2/3 hissəsini ləyənə tökün. Yumurta və şəkər tozunu əlavə edib mikserlə çalın. Qabartma tozu ilə qarışdırılıb ələnmiş un qataraq eynicinsli xəmir hazırlayın. 

Qozu iri doğrayın. Qozun yarısını və kişmişi xəmirə əlavə edib qarışdırın. 

Xəmiri yağlanıb içinə perqament döşənmiş formaya tökün. 180 dərəcə qızdırılmış sobada təxminən 40 dəqiqə bişirin. 

Bu müddətdə qatılaşdırılmış südün qalanını və südü bir qazana töküb ocağın üstünə qoyun, eynicinsli kütlə alınanadək qarışdıraraq bişirin. 

Hazır piroqu formadan çıxarmadan, isti-isti qaynar kremi üzərinə çəkin. Qoz səpin. 

2 saat otaq temperaturunda saxlayın. 

Nuş olsun! 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.