Kulinariya

Təzə pendirdən osetin piroqu

31 İyul 2015 07:00
3 Şərh     Baxış: 5 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az təzə pendirlə osetin piroqunun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

300 q un

2 st. qatıq

5 q şəkər tozu

30 q marqarin

5 q droj

iç:

300 q təzə pendir

30 q yağ

duz (zövqə görə)

Unu ələyin. Ortasında çala açın, təzə qatıq, yumşaldılmış yağ, duz, soda, yaxud maya, şəkər tozu qatıb yumşaq xəmir yoğurun. Üzərini örtüb isti yerə qoyun. Əgər maya ilə yoğurmusunuzsa, 2-3 saat, sodayla yoğurmusunuzsa, 30-40 dəqiqə saxlayın. 

Birgünlük pendiri sıxın, çəngəllə yaxşıca əzin, duz, yağ vurun. 

Gəlmiş xəmiri hissələrə bölüb hər birini 0,5-1 sm qalınlıqda yayın. Ortasına iç qoyun, kənarından 3-4 sm saxlayaraq üzərinə yayın. Sonra lavaşın kənarlarını ehtiyatla ortaya çəkib birləşdirin, əlinizlə basıb hamarlayın. 

O biri üzünə çevirib onu da əlinizlə basıb hamarlayın. Piroq yumru, eyni qalınlıqda olmalıdır. Yağlanıb qızdırılmış tavaya qoyun. Üzərində, ortasında bıçaqla deşik açın (bu, buxar toplanıb piroqu dağıtmaması üçün edilir). Sobada bişirin. 

Süfrəyə üzərinə kərə yağı çəkib isti-isti verin. 4, yaxud 8 yerə də bölə bilərsiniz. 

Nuş olsun! 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.