Kulinariya

Gülkələmi ilə toyuq zapekankası - FOTO

28 İyul 2015 07:00
0 Şərh     Baxış: 2 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az gülkələmi ilə toyuqdan zapekankanın hazırlanma qaydasını təqdim edir 

Tərkibi: 

600 q gülkələmi 

300 q toyuq filesi 

200 q pendir

2 diş sarımsaq

3 yumurta

1 st. 10%-li qaymaq

duz

istiot

Gülkələmini budaqlarına ayırın. Qaynayan duzlu suya salıb 3 dəqiqə bişirin. Süzün. Yağlanmış formaya düzün.

Yumurta ilə qaymağı çalın, duz-istiot vurun. 

Toyuq filesini nazik şəridlərə doğrayın. Bitki yağında yüngülcə qızardın. Duz, istiot qatın.

Formadakı kələmin üstündən düzün. 

Pendiri sürtgəcin orta gözündən keçirin. Yumurta ilə çaldığınız qaymağa əlavə edin, əzilmiş sarımsaq qatın. Qarışdırın. 

Bu qarışığı toyuq ətinin üstündən tökün, əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. 

Nuş olsun! 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.