Kulinariya

Koreya üsulu qabaq

23 İyul 2015 07:00
1 Şərh     Baxış: 1 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az qış tədarükü üçün koreya üsulu qabağın hazırlanma qaydasını təqdim edir

Tərkibi:

2,5 kq təzə, bərk qabaq

0.5 kq baş soğan

0.5 kq yerkökü

5 şirin bibər

200 q sarımsaq

göyərti - şüyüd, keşniş, kərəviz, cəfəri - zövqə görə

marinad: 

1 st. bitki yağı

1 st. şəkər tozu

150 ml 9%-li sirkə 

2 x.q. duz

2 qutu koreya üsulu yerkökü üçün ədviyyat 

Marinadı hazırlamaq üçün sadəcə gərəkli ərzağı qarışdırın (yəni qaynatmaq lazım deyil). 

Qabağı və yerkökünü xüsusi sürtgəcdən keçirin, yaxud da saman kimi doğrayın. Hətta nazik fal-fal da doğraya bilərsiniz. Bibərlə soğanı da ürəyiniz istəyən formada doğraya bilərsiniz. Xırdalanmış sarımsaqla göyərtini yerkökü və qabaqla qarışdırın. Üzərinə marinad töküb yenə qarışdırın və 3-4 saat saxlayın. 

Bu müddət keçəndən sonra salatı təmiz, quru bankalara yığıb sterilizə edin: 1-litrlik bankaları yarım saat, yarımlitrlikləri - 15 dəqiqə. Sonra qapağını bağlayın. Tərs çevirmək lazım deyil. Soyuq yerdə saxlayın. 

Nuş olsun! 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.