Kulinariya

Almalı ketçup

22 İyul 2015 07:00
2 Şərh     Baxış: 3 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az almalı ketçupun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

3 kq pomidor

0.5 kq alma

250 q soğan

1,5 x.q. duz

1,5 st. şəkər tozu

qırmızı və qara istiot

50 q alma sirkəsi 

Pomidorları qaynar suya salıb qabıqlarını soyun, almaları təmizləyin, hamısını xırda doğrayıb qarışdıraraq bişirin. Soğan yumşalanda blenderlə xırdalayın. Sonra yenə ocağın üstünə qoyun. Xoşladığınız qatılığa gələnədək bişirin (təxminən 50 dəqiqə). Qarışdırmağı unutmayın. Sona yaxın duz, şəkər tozu, qara və qırmızı istiot, alma sirkəsi əlavə edib qarışdırın, şəkər tozu həll olanadək bişirin.  

Sterilizə edilmiş bankalara yığıb qapağını bağlayın. 

Nuş olsun! 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.