Kulinariya

Portağal marmeladı

21 İyul 2015 07:00
0 Şərh     Baxış: 2 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az portağal marmeladının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

10 portağal

0.5 st. limon şirəsi

50 q jelatin

2 st. şəkər tozu

Jelatinin üstünə bir qədər su töküb şişməsi üçün bir kənarda saxlayın. 

Portağalları təmizləyin, dilimləyib blenderdə xırdalayın. Alınan püreni ələkdən keçirin. 

Limon şirəsi qatıb vam ocağın üzərinə qoyun. 

Jelatini əlavə edin, jelatin tam əriyənədək qızdırın (qaynatmaq olmaz!)

Alınan kütləni formalara töküb soyudun.  

Əgər formalar böyükdürsə, donandan sonra çıxarıb doğrayın, üzərinə şəkər tozu səpin. 

Nuş olsun! 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.