Kulinariya

Xan xörəyi

17 İyul 2015 07:00
8 Şərh     Baxış: 4 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Kəpəz TV-yə istinadən "Xan xörəyi"nin hazırlanma qaydasını təqdim edir

Tərkibi (4 pay):

içlik:

150 q ət

1 ədəd baş soğan

1 ədəd şirin bibər

1 ədəd pomidor

1 diş sarımsaq

bitki yağı

cəfəri

duz, istiot

quzu içalatı üçün:

qaraciyər

2 ədəd kartof

şirin bibər

pomidor

2 ədəd yerkökü

quzunun iç pərdəsi

Əvvəlcə əti çəkib içərisinə soğan və sarımsaq doğrayıb bir az qovurun. Pomidoru sürtgəcdən keçirib, xırda doğranmış bibər, duz, istiot vurub tam bişənə kimi qovurun. 

Kənarda quzunun qaraciyərini tam ayrılmadan dilimləyin, hazır içliyi onun içərisinə qoyun, yerdə qalan içliyi isə bibərin və pomidorun içərisinə doldurun. Tavanın içərisinə quzunun iç pərdəsini salıb üzərinə ciyəri qoyun, kənarlarına içi doldurulmuş pomidoru, bibəri, yarıçiy bişmiş yerkökünü və qabıqlı kartofu çiy vəziyyətdə iki yerə bölüb, düzüb üzərinə yenə quzunun iç pərdəsini salın.  Tavanın ağzını örtüb, sobada tam qızarana kimi bişirin.

Nuş olsun!

Bayramınız mübarək!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.