Kulinariya

Meyvə ətirli sular - FOTO

11 İyul 2015 07:00
0 Şərh     Baxış: 4 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az meyvə və göyərtilərdən ətirli suların hazırlanma qaydasını təqdim edir

Sitrus ətirli su

1 portağal, 1 laym, 1 limonu yarı bölüb dilimləyin. Bankaya yığıb bir qədər əzin (şirəsi çıxsın, amma sıyığa dönməsin). Bankanı buzla doldurun, ağzınadək su töküb qaşığın qulpuyla qarışdırın. Qapağını örtüb soyuducuya qoyun. 

Dərhal içmək olar, amma 1-2 saat (ən yaxşısı 1 sutka) saxlasanız, dadı tam fərqli olacaq. 

Moruqlu-laymlı su

İki laymı 4 bölün, əlinizlə şirəsini bankaya sıxın, sonra özünü də bankaya qoyun. Bir ovuc moruq əlavə edib onları da azacıq əzin. Buz, su əlavə edib qapağını bağlayın, soyuducuya qoyun. 

Ananas və nanə ətri

Nanə budağını, yaxud yarpaqlarını bankaya qoyub azacıq əzin (qoxusu çıxanadək). Ananas dilimləri əlavə edib onları da əzin. Buz, su töküb qapağını bağlayın, soyuducuda saxlayın. 

Böyürtkənlə adaçayı dadı

Adaçayı (şalfey) yarpaqlarını bankaya yığıb azacıq əzin, bir ovuc böyürtkən töküb onu da sıyıq halına gətirməyərək əzin. Buz, su töküb qapağını qoyun, soyuducuda saxlayın. 

Qarpızla mərzə 

Mərzə (rozmarin) budaqlarını bankaya yığıb əzca əzin, qarpız dilimləri (azacıq əzib suyunu çıxararaq), buz, su əlavə edib qapağını bağlayaraq soyuducuda saxlayın. 

Qarpız-mərzə və ananas-nanə ətirli sular şirin alınır. Digərlərinin şirinliyi az gəlsə, bal və yaxud şəkər tozu əlavə edə bilərsiniz. 

Başqa meyvə və göyərtilərdən də istifadə edə bilərsiniz - hər şey zövqdən asılıdır. 

Stəkanlara süzərkən çaysüzənlərdən istifadə edin. 

Bu cür suları soyuducuda 3 sutka saxlamaq olar. 

Nuş olsun! 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.