Kulinariya

Mətbəx sirləri: Qatılaşdırılmış südlə rulet

30 İyun 2015 07:00
5 Şərh     Baxış: 10 993
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az qatılaşdırılmış südlə ruletin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

4 yumurta

4 x.q. şəkər tozu 

4 x.q. un

1 paket vanil

1 banka bişmiş qatılaşdırılmış süd

Yumurta ilə şəkər tozunu həcmi 4 dəfə artanadək çalın. Vanilli şəkəri, ələnmiş unu əlavə edərək qaşıqla aşağıdan-yuxarı olmaqla səliqəylə qarışdırın. Dairəvi və uzun müddət qarışdırmayın.

Perqament döşənmiş formaya töküb yayın, 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Sobadan çıxaran kimi bişmiş qatılaşdırılmış südü çəkib rulet kimi bükün. 

15 dəqiqə sonra ruleti süfrəyə verə bilərsiniz. Amma bir neçə saat saxlasanız, daha dadlı olar. 

Nuş olsun! 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.