Kulinariya

Mətbəx sirləri: Şəffaf alma mürəbbəsi - FOTO

29 İyun 2015 07:00
0 Şərh     Baxış: 13 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az şəffaf və ətirli alma mürəbbəsinin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

1 kq təmizlənmiş alma
900 q şəkər tozu
 
Almalar tam yetişməmiş və bir az bərk olmalıdır. Çoxdan dərilmiş və yetişmiş meyvələr yaramır, çünki şərbətdə bir neçə dəqiqə qaynayandan sonra püreyə dönəcək. 

Yuyub, cecəsini çıxarın. 

5-10 mm qalınlıqlı dilimlərə doğrayın. 

Təmizlədikdən sonra çəkin, 1 kq almaya 900 q şəkər tozu götürün. 

Arasına şəkər tozu səpməklə lay-lay qazana yığın. Bir gecə saxlayın. 

Səhəri günədək alma şirəsini buraxacaq, şəkər tozu, demək olar ki, tam əriyəcək. 

Vam ocağın üstünə qoyun, qaynara düşəndən sonra 5 dəqiqə bişirin, ocağı söndürün. Alma dilimlərini şərbət tam örtmədiyinə görə bişirən zaman qaşıqla üzərindən ehmalca aşağı basın ki, şərbətə batsın, amma qarışdırmayın. 

7-8 saatdan sonra yenə qazanı vam ocağın üstünə qoyun, qaynara düşəndən sonra 5 dəqiqə qaynadın və ocaqdan götürün.  (Yenə də bişirərkən qarışdırmadan alma dilimlərini şərbətə batırın).

Sabahı gün səhər yenə eyni qaydada (5 dəqiqə) bişirin. Həmin günün axşamı isə 10-15 dəqiqə qaynatmaq gərək olacaq. Bu zaman şirədən bir neçə damcı nəlbəkiyə damızdırın, axmasa, deməli, hazırdır. 

Mürəbbəni sterilizə edilmiş bankalara qaynar-qaynar yığın, qapağını bağlayın. 

Nuş olsun! 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.