Kulinariya

Mətbəx sirləri: Xırt-xırt yumurtalar

28 İyun 2015 07:00
0 Şərh     Baxış: 4 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az kuharka.com-a istinadən qarğıdalı lopası və badamla şirniyyatın hazırlanma qaydasını təqdim edir

Tərkibi (45 ədəd): 

100 q şirin olmayan qarğıdalı lopası

1 limon

125 q marqarin

100 q şəkər tozu

1 yumurta

250 q un

1 ç.q. qabartma tozu 

75 q xırdalanmış badam

Qarğıdalı lopalarını oxlovla yüngülcə əzin. 

Limonu qaynar suyla yuyub salfetlə qurulayın, sedrasını çıxarın (sürtgəcdən keçirin).

Marqarin, yumurta, şəkər tozu, un, qabartma tozu, badam yonqarı, sürtgəcdən keçirilmiş limon sedrası və qarğıdalı lopasının yarısını qarışdırın. Masanın üzərinə un səpib xəmir yoğurun.

Xəmiri qida plyonkasına büküb soyuducuda minimum 1 saat saxlayın. 

Qarğıdalı lopasının qalanını dərin qaba tökün. Xəmirdən 2 sm diametrli kürələr düzəldin. 

Sonra bunları qabdakı lopalara batırın. 

Perqament döşənmiş formaya düzüb 200 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. 

Nuş olsun! 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.