Kulinariya

Mətbəx sirləri: Toyuq küftəsi - FOTO

27 İyun 2015 07:00
1 Şərh     Baxış: 2 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az kuharka.com-a istinadən toyuq küftəsinin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

1 soğan

2 yerkökü

2-3 kartof

100 q dondurulmuş (yaxud konserv) tərəvəz (qarğıdalı, göy noxud, lobya)

300 q toyuq qiyməsi

cəfəri

istiot

duz

Soğanı sürtgəcin xırda gözündən keçirin, yerkökünü saman kimi doğrayın. Qalın dibli tavada öncə soğanı, sonra yerkökünü qovurun. 

Qazana yığın, üzərinə 500 ml su töküb 10 dəqiqə qaynadın. 

Kartofu iri doğrayın. Qazana tökün, su əlavə edib daha 10 dəqiqə qaynadın. 

Tərəvəzi (qarğıdalı, göy noxud, lobya) əlavə edin. 

Toyuq qiyməsini xırda doğranmış cəfəri və ədviyyatla qarışdırın.  

Şorba qaynara düşəndə əlinizi isladaraq qiymədən küftələr tutub əlavə edin, duz-istiot, ədviyyat əlavə edib daha 7 dəqiqə qaynadın. 

Nuş olsun!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.