Kulinariya

Mətbəx sirləri: Krevetka salatı - FOTO

26 İyun 2015 07:00
0 Şərh     Baxış: 8 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az cookonline-a istinadən krevetka salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

150 q çerri pomidoru 
10 ədəd bildirçin yumurtası
3 dilim ağ çörək
200 q kral krevetkası
kahı
2 x.q. soya sousu
təzə zəncəfil
zeytun yağı
2 diş sarımsaq 
50 q parmezan pendiri

Öncə suxarıları hazırlayın. Sarımsağı əzib yağla qarışdırın. 

Çörəyi xırda kubik doğrayın. 

Sarımsaqlı yağda qızılı rəng alanadək qovurun. 

Krevetkalar üçün öncə marinad hazırlayın. Zəncəfili sürtgəcdən keçirin, 1 diş sarımsağı əzin, bunları soya sousu ilə qarışdırın. 

Bu sousu krevetkaların üzərinə töküb 15 dəqiqə saxlayın. 

Tavanı qızdırın. Krevetkaları içinə düzün, marinadı da üzərinə tökün. Sous qaynayanadək bişirin. 

Krevetkaları çıxarın, marinadı isə qatılaşanadək bişirin (bu, salatın sousu olacaq). 

Salat qabına kahı yarpaqları döşəyin. 

Pomidorları doğrayıb kahının üstündən düzün. 

Bişmiş bildirçin yumurtalarını yarı bölün. 

Suxarıları səpin.

Krevetkaları düzün. 

Üzərinə sousu gəzdirib parmezan səpin.

Nuş olsun! 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.