Kulinariya

Mətbəx sirləri: Yerkökü içlikli badımcan şorabası - FOTO

22 İyun 2015 07:00
1 Şərh     Baxış: 5 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az yerkökü ilə badımcan şorabasının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

10 kq badımcan 
5 kq yerkökü
0,5 kq sarımsaq 
5 iri acı istiot 
şüyüd
cəfəri
duz
şəkər tozu
mixək
qara dənəvər istiot 
ağ istiot 
xardal
şüyüd qurusu (toxumu)
dəfnə yarpağı 
aspirin (sovet)
9%-li sirkə

Badımcanları tərtəmiz yuyub saplağını kəsin. Sonra uzunasına yarın. 
3 l suya 1 qaşıq duz tökməklə qaynadın, badımcanları salıb bişirin. Badımcanın hər tərəfi bərabər bişməlidir, buna görə də tez-tez çevirin. 
 
Yaxşı olar ki, əlcək taxasınız, çünki badımcanları sıxmaq, üstəlik bu zaman onları əzməmək lazımdır. Qazana yığıb üstünə yük qoyun. Badımcan bir az rezin kimi olmalı, yumşaq olmamalıdır. Yəni çox bişirmək olmaz.
Yük altında 1 gecə saxlayın. 

Yerkökünü sürtgəcdən keçirin. Sarımsaq, acı istiot və göyərtini ət maşınında çəkin, qarışdırın. (Yerkökünü bişirmək lazım deyil). 

Badımcanların içini doldurun. 

Sterilizə edilmiş bankalara ədviyyatı, dəfnə yarpağı və şüyüd qurusu qoyun. 

Marinadı 1 l suya 2 x.q. duz, 0,5 x.q. şəkər tozu hesabıyla hazırlayın. Bir buğum qaynasın. 

Bankalara badımcanları yığıb marinadı tökün, qapaqlarını bağlamayın. 2-3 gün, badımcan turşuyanadək qalsın. Bu müddətdə əlavə marinad tökmək lazım gəlməyəcək, çünki badımcan özü şirə buraxır, hətta bankalardan daşıb, tökülə bilər. 

Badımcan turşuyandan sonra bankalardakı marinadı qazana yığıb qaynadın. Üzərində köpük əmələ gələcək, onu mütləq yığmaq lazımdır. 

Sonra qaynanmış marinadı yenidən bankalara tökün, hər bankaya 1 aspirin həbi və 1 x.q. sirkə tökün. Qapağını bağlayın, çevirin, üzərini örtün. Tam soyuyanadək bu vəziyyətdə saxlayın. 

Sərin yerdə qışa saxlayın. 

Nuş olsun! 

Resept: vk.com/academy_main

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.