Kulinariya

Mətbəx sirləri: "Köhnə Riqa" deserti

17 İyun 2015 07:00
0 Şərh     Baxış: 4 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Köhnə Riqa" desertinin hazırlanma qaydasını təqdim edir. 

Düzdür, ananasın soyuq Riqaya nə dəxli var - onu anlamadıq. Heç riqalıların çoxunun da bu desertdən xəbəri yoxdur. Amma bu şimal şəhərinin elə sakinləri var ki, neçə illərdir qonaqlarını bu desertlə təəccübləndirirlər. 

Tərkibi: 

400 q kəsmik
200 q xama
1 banka ananas konservi
0,5 l ananas şirəsi
25 q jelatin
0,5 banka qatılaşdırılmış süd
vanil
kişmiş

Jelatini ananas şirəsilə qarışdırıb 1 saat saxlayın. 

Blenderlə kəsmik, vanil, qatılaşdırılmış süd və xamanı çalın. 

Şişmiş jelatini su hamamında qızdırın. Əriyəndə götürün. 

Ananaslar iridirsə, kubik doğrayın, ya da ortadan bölün, kəsmikli kütlə, jelatin və əvvəlcədən qaynar suda isladılmış kişmişlə qarışdırın. 

Bu qarışığı ya iri formaya, ya da ayrıca kremankalara tökün, bir müddət (özünü tutanadək) soyuducuda saxlayın. 

Nuş olsun! 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.