Kulinariya

Mətbəx sirləri: Sarımsaqlı badımcan və kükü

15 İyun 2015 07:00
1 Şərh     Baxış: 3 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən Masallı rayonunun fərqli təamlarını təqdim edir.

Sarımsaqlı badımcan

Tərkibi:

15 badımcan 

10 şirin bibər 

6 pomidor 

200 q sarımsaq

1 x.q. nanə qurusu 

bitki yağı 

duz

istiot

Badımcanı soyub, dilim-dilim doğrayın, duzlayıb kənara qoyun. Pomidoru və soğanı doğrayın. Sarımsağı isə ət maşınından keçirib içərisinə nənə qurusu əlavə edin. Hazır doğranmış tərəvəzləri hazırlamağa başlayın. Əvvəl tavaya bitki yağı əlavə edib sarımsağı qızardıb kənara qoyun. Sonra duzlanıb acı suyu çıxmış badımcanları qızardın. Pomidor ilə bibər qızarmalı deyil. Ən son tərəvəzlərı lay-lay tavaya yığıb aralarına sarımsaq əlavə edin. Hazır yeməyi 20 dəqiqə tərəvəzlərin dadları bir-birinə çıxması üçün dəmə qoyun.

Kükü

Tərkibi:

4 soğan 

200 q qoz ləpəsi 

1 x.q. un 

8 yumurta 

duz 

istiot 

bitki yağı

Soğanı xırda-xırda doğrayıb üzərinə maşından keçirilmiş qozu əlavə edib qarışdırın. Kənarda yumurtaya un, duz, istiot əlavə edib çalın. Çalınmış yumurtanın içərisinə soğan və qozu əlavə edib qarışdırın. Tavada yağı dağ edib kükünü töküb hər iki üzünü qızardın.

Nuş olsun! 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.