Kulinariya

Mətbəx sirləri: Qatıqlı krem - FOTO

11 İyun 2015 07:00
2 Şərh     Baxış: 3 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az qatıqlı kremin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

0,5 l qatıq
200 q xama
10 q jelatin (yarpaq)
0,5 və ya 2/3 st. şəkər tozu
1 paket vanili şəkər tozu
təzə giləmeyvə, şokolad yonqarı

10 q (yaxud 6 yarpaq) jelatini az miqdar soyuq suda 5-10 dəqiqə isladın. 
Kasada qatıq, xama, şəkər tozu və vanili şəkəri şəkər tozu tam əriyənədək qarışdırın. 
Şişmiş jelatinin artıq suyunu süzün. Su hamamında əridin. Mikrodalğalı sobada da əridə bilərsiniz (10-15 saniyə kifayət edər). 
Jelatini qarışdırıb tam əridiyinə əmin olduqdan sonra nazik axınla qatıqlı qarışığı əlavə edin. Bu zaman dayanmadan qarışdırmağı da unutmayın. Soyuducuda 15-20 dəqiqə saxlayın. 
Bu müddət ötdükdən sonra çıxarıb mikserlə çalın. Həcmi artacaq. 
Formalara, yaxud stəkanlara təzə gileməyvələr və şokolad yonqarı salıb üzərinə krem qoyun. 
Soyuducuda 3-4 saat saxlayın. 

Nuş olsun! 

Resept: vk.com/academy_main

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.