Kulinariya

Mətbəx sirləri: Krem-brüle dondurması

7 İyun 2015 07:00
2 Şərh     Baxış: 24 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az krem-brüle dondurmasının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 
 

150 q şəkər tozu
150 ml süd
200 q 10%-li qaymaq 
45 q quru süd
12 q qarğıdalı nişastası
400 q 15-20%-li xama

Şəkər tozunu əridin, kəhrəba rəngi alanda südü əlavə edib karamel əriyənədək qarışdırın. 
Nişasta ilə quru südü, sonra qaymağı qarışdırın, bu qarışığı ocağın üstündəki karamelli südü qarışdıra-qarışdıra əlavə edin. Vam odda qatılaşanadək bişirin. 

Karamelli qarışığı soyudun. Xama qatıb qarışdırın. Dondurucuya qoyun. Hər yarım saatdan bir çıxarıb əl blenderi ilə çalın ki, əmələ gələn buz kristalları əzilsin. 

Kütlə kifayət qədər qatılaşıb blenderlə çalmaq çətinləşəndə sonuncu dəfə yaxşıca qarışdırın, dondurucuda 2 saat saxlayın. 

Nuş olsun! 

Resept: vk.com/academy_main

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.