Kulinariya

Mətbəx sirləri: Səbətdə salat - "Nadiya"

6 İyun 2015 07:00
0 Şərh     Baxış: 2 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Nadiya" salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

"səbət": 

500 q un 
100 q marqarin
1/2 st. süd
3 x.q. xama
2 yumurta
1 x.q. şəkər tozu
1/2 ç. q. duz

iç: 

200 q şirin bibər
200 q yerkökü
1 baş soğan 
1 alma
1 pomidor
1 x.q. bitki yağı
duz
göyərti - zövqə görə

İç: Bibər və yerkökünü saman kimi doğrayıb yarımbişmiş hala gələnədək qovurun. Xırda doğranmış soğan, pomidor, saman kimi doğranmış alma əlavə edib bişirin. 

"Səbət": yumurtaları süd, şəkər tozu, duz, yumşaldılmış marqarin və xamayla çalın. Qarışdıraraq un əlavə edin. 

Xəmiri 2-3 mm qalınlıqda yayıb, dairələr kəsərək xırda formalara döşəyin. 

Xəmiri bir neçə yerdən deşin. İç doldurub sobada "səbətlər" qızarınca bişirin. 

Formadan çıxarıb soyudun. Süfrəyə soyuq halda verin.

Nuş olsun! 

Resept: Elmira Məcidova: "Mənim mətbəximin mətbəxi"

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.