Kulinariya

Mətbəx sirləri: Çikaqo pizza-piroqu

5 İyun 2015 07:00
1 Şərh     Baxış: 4 224
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az domashniy.ru-ya istinadən Çikaqo pizza-piroqunun hazırlanma qaydasını təqdim edir

"İtalyan mətbəxinə aid pizzanın Çikaqo ilə nə əlaqəsi var?"  soruşa bilərsiniz. İş burasındadır ki, ilk dəfə məhz Çikaqoda pizzanı kənarları hündür tavada bişirməyə başlayıblar. Belə pizza isə daha çox piroqa bənzəyir. 

Tərkibi: 

xəmir: 

650 ml su
7 q quru maya
1 x.q. şəkər tozu
1 çimdik duz
1 kq un

tomat sousu:

2 diş sarımsaq 
1 çimdik quru oreqano 
400 q öz şirəsində konservləşdirilmiş pomidor
duz, istiot - zövqə görə

iç: 

3 baş qırmızı soğan
4 sardelka
1 ç.q. hisə verilmiş paprika
1 ç.q. şüyüd toxumu
300 q yaxşı əriyən pendir (məsələn, çedder)
2 marinə edilmiş çili istiotu
200 q bişmiş ət (istənilən)

zeytun yağı
narın suxarı

Diametri 25 sm olan, kənarları hündür 4 forma lazım olacaq.

Ləyəndə ilıq su, maya, şəkər tozu və duzu qarışdırın.

Mətbəx kombaynına unu tökün, mayalı suyu əlavə edib yaxşıca qarışdırın. 

Masanın üzərinə un səpin, xəmiri qoyub ətləyin. Xəmir elastik olmalı, ələ yapışmamalıdır. 

Xəmiri içinə un səpilmiş ləyənə qoyub üzərinə dəsmal çəkin. 2 saat isti yerdə saxlayın. Həcmi iki dəfə artmalıdır. 

Tomat sousu üçün olan ərzağı blenderdə eynicinsli kütlə alınanadək xırdalayın. 

Formaları zeytun yağı ilə yağlayın. Narın suxarı səpin. 

Gəlmiş xəmiri 4 yerə bölün. Kündə tutun. Yayın, yaxud əlinizlə formanın ölçüsündə enlədin. Xəmiri formaya döşəyib orada daha 15-20 dəqiqə saxlayın. 

Xəmirin üzərinə tomat sousu çəkin. Üzərinə dilimlənmiş sardelka, ət tikələri, xırdalanmış çili, əlinizlə ovduğunuz pendir, nazik halqa doğranmış soğan düzün. Şüyüd toxumunu hisə verilmiş paprika ilə birlikdə həvəngdə döyün, pizzaların üzərinə səpin. 

190 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. 

Nuş olsun! 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.