Kulinariya

Mətbəx sirləri: Albalı kiseli - FOTO

4 İyun 2015 07:00
0 Şərh     Baxış: 3 074
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Aliyənin kulinariya kitabına istinadən albalı kiselinin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

1 st. albalı
0,5 l su
1-2 x.q. şəkər tozu (albalının turşluğundan asılıdır)
1-1,5 x.q. nişasta

Albalını yuyun. 

Saplağını qoparın, dənələrini də çıxara bilərsiniz.

Suyu tayqulpa və ya qazançaya töküb qaynadın. 

Su qızanadək nişastanı bir qədər soyuq suda həll edin. 

Yaxşıca qarışdırın ki, lopa qalmasın. 

Su qaynayan kimi albalını əlavə edin.

Şəkər tozu qatıb qarışdırın. 

Qaynara düşəndən sonra 3 dəqiqə qaynadın. 
 
Qarışdıra-qarışdıra nişastanı əlavə edin. 

Qatılaşmağa başlayacaq. Son dəfə qaynara düşəndə ocaqdan götürün. Əgər qatılığı qane etmirsə, o zaman bir qədər də suda həll edilmiş nişasta qatmaq olar. Əksinə, çox qatı alınıbsa, bir az su qatın. 

Nuş olsun! 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.