Kulinariya

Mətbəx sirləri: Tskan

2 İyun 2015 07:00
3 Şərh     Baxış: 7 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən tskanın hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

xəmir:

3,5 st. un
2 x.q. süd
1 yumurta 
su 
duz, istiot

iç: 

3 baş soğan  
5 kartof
500 q file 
yaşıl soğan
şüyüd

sous:

2 st. süd 
3 yumurta 
0.5 st. bitki yağı 

Xəmiri yoğuracağınız qaba süd, un, yumurta, duz töküb, suyu yavaş-yavaş əlavə edib yumşaq xəmir yoğurun. Hazır xəmirin üstünü örtüb bir az dincəlməsi üçün kənara qoyun.

Xəmir özünə gəldiyi müddətdə içi hazırlayın. Bunun üçün əvvəlcə fileni və soğanı ət maşınından keçirin, çiy kartofu samanvarı doğrayıb, üzərinə doğranmış göyərtiləri və duz, istiot vurub qarışdırın.

Ən sonda sousu hazırlayın. Bunun üçün südün üzərinə yumurtanı və yağı töküb çəngəllə bir az çalın. 

Tskanın hazırlanması üçün xəmirdən 8 kündə tutub bir-bir yayın. Yaydığınız xəmirləri bir-bir soba tavasına salıb üzərinə hazırladığınız sousdan yayın. 4 qat xəmir qoyduqdan sonra üzərinə içlik yayıb, eyni qayda ilə yerdə qalan 4 kündəni də içliyin üzərindən salın. Sonuncu yuxanın üzərinə sous yaxıb, küncüt və qaraçörəkotu səpib 150 dərəcə qızdırılmış sobada təxminən 1 saata yaxın bişirin. 
Yemək süfrəyə isti halda təqdim edilir.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.