Kulinariya

Mətbəx sirləri: "Ağca" ruleti - FOTO

1 İyun 2015 07:00
2 Şərh     Baxış: 4 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az gözəl görünüşlü və asan pendirli ruletin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

130q + 60 q mayonez (və ya xama)
4 yumurta
2 ərinmiş pendir (məsələn, "Drujba")
təzə şüyüd 
1 diş sarımsaq 
qara istiot
duz
1 yerkökü

Pendiri dondurucuda 20 dəqiqə saxlayın. 

Yumurtaları ləyənə qırın. Duz, qara istiot vurub çalın. Mayonez (xama) qatıb eynicinsli kütlə alınıncayadək çalın. 

Siniyə perqament döşəyin. Yerkökünü təmizləyin, çiçəklər kəsib perqamentin üstünə düzün, şüyüddən budaq düzəldin.

Çalınmış yumurtanı ehtiyatla üzərinə tökün ("güllər" dağılıb üzə çıxmasın).  

180 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. Omlet şişib qızarmağa başladısa, deməli, bişib. 

Bu müddətdə iç hazırlayın. Dondurduğunuz pendiri sürtgəcin iri gözündən keçirin, xırdalanmış sarımsaq və şüyüdlə qarışdırın. Xama, yaxud mayonez qatıb yaxşıca qarışdırın. 

Omleti sobadan çıxarın, bir qədər soyudun. Səliqə ilə perqamentlə birlikdə sinidən çıxarın. Qida plyonkasının üstünə çevirin. Omleti cırmadan perqamenti soyun. Kənarları əyri alınıbsa, narahat olmayın, onsuz da rulet kimi büküləcək və bilinməyəcək. 

Yaş qaşığın köməyi ilə içi omletin üzərinə bərabər qaydada yayın. Üzərində olduğu qida plyonkasının köməyilə "şəkil" olmayan tərəfdən başlayaraq rulet kimi bükün. Elə həmin plyonkaya büküb plyonkanın kənarlarını qatlayın. 

2 saat, ən yaxşısı - 1 gecə soyuducuda saxlayın. 

Qida plyonkasını açın, qəşəng görünsün deyə, nahamar uclarını iti bıçaqla kəsin. 

Nuş olsun! 

Resept: vk.com/academy_main

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.