Kulinariya

Mətbəx sirləri: Basma - FOTO

29 May 2015 07:00
0 Şərh     Baxış: 3 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az özbək mətbəxindən basmanın hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

1 kq ət 
1 kq baş soğan 
700 q kartof
350 q yerkökü
700 q kələm
1-2 baş sarımsaq 

əlavə: 

3-4 pomidor
1-2 badımcan
1 çuğundur
2-3 bolqar bibəri
1-2 acı istiot 
2-3 xiyar 
duz
zirə
göyərti: cəfəri, şüyüd, keşniş, reyhan 

Əti 3x3  sm ölçüdə doğrayıb qazanın (yaxud sacın) dibinə yığın. Əgər ətin üstündə quyruq varsa, quyruq hissəsini qazanın dibinə, divarına tərəf qoyun. Yaxud dibə quyruq döşəyib, üzərinə ət yığmaq olar. 

Əti duzlayıb bol zirə səpin. 

Baş soğanın hamısını halqa, yaxud yarımhalqa doğrayın. Ətin üstündən düzün. 

Pomidorları iri fal-fal doğrayın. Əvvəlcədən qabığını soya bilərsiniz. Yenə düzlayın. 

İri doğranmış yerkökünü üzərinə düzün, kartofları ya bütöv, ya da iki bölüb düzün. 

Duz səpin. 

Qalan tərəvəzi də doğrayıb üstünə düzün. Sarımsaqları isə bütöv qoyun. Göyərtini doğramaq lazım deyil. Bütöv düzün (bişəndən sonra atılacaq). Duz və zirə səpin. 

Ən son kələm düzüləcək. Kələmi yarpaqlarına ayırıb iri doğrayın (əl boyda). Azca duz və zirə ilə ovun. Sonra ətin üstünə düzün. 

Qazanın ağzını kip bağlayın. İçindəki buxar çıxmamalıdır. Əgər sacda edirsinizsə, emall; ləyən də karınıza gələr. 

Qazanı (sacı) orta itilikli ocağın üzərinə qoyun. İçindəki qaynayan kimi (qapağını açmayın, səsindən biləcəksiniz), ocağı azaldın. 1 saat sonra basma hazırdır. Ocaqdan götürün. Amma yenə də qazanın ağzını açmayın, 15 dəqiqə dəm alsın. 

Üstdəki kələm yarpaqlarını atmaq da olar, boşqabların içinə düzüb üzərinə xörəyi çəkmək də. 

Nuş olsun!

Resept: vk.com/academy_main

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.