Kulinariya

Mətbəx sirləri: Pendirli kökələr - FOTO

27 May 2015 07:00
1 Şərh     Baxış: 3 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az pendirli kökələrin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

xəmir: 

1 fincan qatıq 
3 fincan un 
1 yumurta
2 x.q. zeytun yağı
2/3 ç.q. soda
1 ç.q. duz
1 ç.q. şəkər tozu
50 q kərə yağı - üzərinə

iç:

350 q suluquni pendiri
100 q kəsmik
1 dəstə göyərti
1 yumurta

Sobanı 220 dərəcə qızdırın. 

Xəmir: yumurta, soda, duz, şəkər tozu, zeytun yağını qatıqla qarışdırın. Bu qarışığı ələnmiş unun üzərinə töküb yoğurun. Lazım gəldikdə un əlavə edin. Ələ yapışmayan xəmir alınmalıdır. 

İç: göyərtini xırdalayın, pendiri sürtgəcdən keçirin, kəsmik və yumurta əlavə edib qarışdırın. 

Xəmiri 4-8 hissəyə bölün. Yayın, hər birinin ortasına iç qoyun (içi də bərabər qaydada ya 4, ya da 8 yerə bölün). Kənarlarını ortaya qatlayıb bitişdirin.

Hər bir kökəni yayın. Siniyə düzün. Üzərinə ərinmiş kərə yağı çəkin. 

Sobanın yuxarı gözündə 15 dəqiqə bişirin. Kökələr bişən zaman üstü xeyli şişə bilər. 

Süfrəyə isti-isti verin. 

Nuş olsun! 

Resept: vk.com/vtarelke

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.